Maşın 70 metr hündürlükdən dərəyə yuvarlandı, ata və azyaşlı oğlu öldü - LERİKDƏ AĞIR QƏZA

Paylaşın
Daxil et
  • Lerikdə avtomobil 70 metr hündürlükdən dərəyə yuvarlanıb, ata və 2 yaşlı oğlu dünyasını dəyişib.
    APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun ucqar dağ kəndi olan Orandda baş verib.
    Belə ki, 1989-cu il təvəllüdlü Mail Rüstəmovun idarə etdiyi "UAZ" markalı avtomobilin dərəyə aşması nəticəsində 2 yaşlı körpə Hüseyn Rəhimzadə hadisə yerində dünyasını dəyişib.
    Qəza zamanı avtomobilin sürücüsü Mail Rüstəmov və sərnişinləri - 1988-ci il təvəllüdlü Xəqani Rəhimov, 1993-cü il təvəllüdlü Elnarə Rəhimli, 2012-ci il təvəllüdlü Zəhra Rəhimli, 2016-cı il təvəllüdlü Nigar Rəhimli və 2017-ci il təvəllüdlü Hüseynəli Rəhimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xəstəxanaya yerləşdirilib. Lakin Xəqani Rəhimovun vəziyyəti ağır olduğundan onu xilas etmək mümkün olmayıb.
    Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkimi Hikmət Əliyev deyir ki, xəsarət alan digər xəstələrin müalicəsi davam etdirilir: “Baş vermiş qəza nəticəsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına 3 azyaşlı uşaq daxil olmuşdur: Rəhimli Nigar, Rəhimli Hüseynəli və Rəhimli Zəhra. Onların anası 1993-cü il təvəllüdlü Rəhimli Elnarə də xəstəxanaya daxil olmuşdur. Bu uşaqların atası 1988-ci il təvəllüdlü Rəhimli Xəqani isə Reanimasiya şöbəsinə birbaşa təcili yardım vasitəsilə gətirilib. Müayinə və ilk baxış zamanı Xəqaninin həyatda olmadığı aşkarlanıb. Qalan azyaşlı uşaqlara, qadına müalicə tədbirləri aparılır. Vəziyyətləri orta-ağırdır”.
    Maşının idarəetmədən çıxmasına səbəb kimi dağ yolunun qarla örtülü olması göstərilir. Faktla bağlı araşdırma aparılır.

    Rəsmi saytımız
    www.apa.tv

    APA TV onlayn xəbər agentliyinin rəsmi AZplus kanalı
    azplus.net/uAPATVOfficial

    Facebook səhifəmiz
    tvapaxeber

    İnstagram səhifəmiz
    apatvresmi

    Twitter səhifəmiz
    APATVRESMI


    Video Adı: Maşın 70 metr hündürlükdən dərəyə yuvarlandı, ata və azyaşlı oğlu öldü - LERİKDƏ AĞIR QƏZA
    Video Link: azplus.net/video/qYWuqmWLkoN_gWY.html

    apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2020 son xeberler 2020 son xeberler bugun 2020 yeni xeberler 2020 en son xeberler 2020 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberin yox xeberler 2020 xeberin olsun xeber var xeber az xeber movqeyi xeberler 2020 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2020 yeni xeberler azerbaycan

    #apatv #apaxeber #apasonxeber #xeberler #sonxeberler

Şərh • 10

  • Murad Babayev
    Murad Babayev Ay əvvəl

    Allah kesin bele dovleti Gurcu ,Ermeni,Rus 5 $min dollara 2016 X6 sürür Neft, qızıl ,ölkesi rastamoşkanı qaldırır ki allah nece edek Almanın dereye atdıgı mawin 15 $ min olsun bizde yeyek cammahat tehlükesizlik sistemi olan mawin surer buda yarıdan çox ölüm faktlarını awağı salar .

  • Novruz Eliyev
    Novruz Eliyev Ay əvvəl +1

    Allah rehmet elesin Allah yaxinlarina sebr versin

  • Sam супеееррр Sung супеееррр

    Аллах рахмат еласин яхынларына сабр дилайирик

  • Ehmed Ehmedli
    Ehmed Ehmedli Ay əvvəl

    Allah rehmet elesin

  • Тимур Мамедов

    Языг хемветенлерим ния беле хадиселер олур?Яман пис олуруг бу бедбехтликлере

  • Elnure Vahabova
    Elnure Vahabova Ay əvvəl +3

    Bu il ne cox avarya oldu coxuda olum😪

  • Rena Orudceva
    Rena Orudceva Ay əvvəl +2

    Ay yazıqlar
    Allah rehmet elesin
    Amin

  • Şahin sekili
    Şahin sekili Ay əvvəl

    Telvizerda niye bu TV qostermir

  • Koo Kokok
    Koo Kokok Ay əvvəl +5

    Bu xalqln yarlslnl ermeni, yarlslnl mawln qezalarl oldurecek, bu qeder avariyanln sebebi pulla prava almaqdlr, yazlqdl bu xalq,

  • SUNAY Ibrahimli
    SUNAY Ibrahimli Ay əvvəl

    Allqh sebir versin