Azərbaycanın tanınmış simaları qadınlarımızdan üzr istədilər - “Qadına şiddətə son” #üzristəyirik

Paylaşın
Daxil et
  • Tarixində dərc edildi 30 Noy 2019
  • “Liatris Holding” və News24.az xəbər saytının təşkilatçılığı, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin dəstəyi ilə “Qadına şiddətə son” sosial layihəsi çərçivəsində bir neçə çağırışlı çarxlar hazırlanıb.
    Həmin sosial çarxlardan biri #üzristəyirik haşteqi ilə “Üzr istəyirik” adı altında təqdim olunub. Bu çarxda cəmiyyətin tanınmış şəxsləri - xalq artisti Kazım Abdullayev, tanınmış jurnalist İlqar Əlfioğlu, aktyorlar Kamran Yunis, Kamran Ağabalayev, Murad İsmayıl, İbrahim Çingiz, 6 qat dünya çempionu Pərviz Abdullayev, şair Şəhriyar Del Gerani, qiraətçi Xəzər Süleymanlı, aparıcılar Saleh Bağırov, Hacı Nuran Hüseynov, Rəşad Abbasov, reper Pərviz İsaqov (PRoMete) qadınlara göstərilən hər cür zorakılıq, şiddətə görə Azərbaycan kişisi adından üzr istəyirlər.
    Bu çarx eyni zamanda əsl Azərbaycan kişisinin qadınına təzyiq göstərən, onu döyüb- söyən yox, övladlarını çox sevən ata, gözəl ailə başçısı, sədaqətli həyat yoldaşı olduğunu diqqətə çatdırmaq məqsədi daşıyır.
    Çarxda hər bir iştirakçının üzründən əvvəl 2019-cu ilin ilk 9 ayında törədilmiş qadın qətllərinin statistikası əks olunub.
    Sosial şəbəkələrdə News24.Az izləyin:
    Facebook: goo.gl/qqSGXr
    İnstagram: goo.gl/omN8Yq
    AZplus: goo.gl/z5WBtZ
    Video xoşunuza gəlsə "bəyənməyi" unutmayın
    Yeni videoları qaçırtmamaq üçün goo.gl/8fC8Y7 tıklayaraq abonə ola bilərsiz!

Şərh • 14